AZ

Paşinyan ermənilərin Qarabağ hərəkatını “taleyüklü səhv” adlandırdı

Ermənistanın Baş naziri Nikol Paşinyan 1988-ci ildə başlayan Qarabağın Ermənistana birləşdirilməsi hərəkatını “taleyüklü səhv” adlandırıb.

Bizim.Media xəbər verir ki, Paşinyan bu barədə Sünik bölgəsinin sakinləri ilə görüş zamanı çıxış edib.

“Biz başa düşdük ki, burada nəsə düzgün deyil, biz nəyisə yanlış bilirik və özümüzü haradasa aldatmışıq. Bəli, demək lazımdır ki, Qarabağ hərəkatı bizim üçün taleyüklü səhv idi”, – o bildirib.

O, çıxışında həmçinin əvvəlki hakimiyyətləri tənqid edərək onları ölkəni və ordunu talamaq və oğurluqda ittiham edib.

Qeyd edək ki, Ermənistanda iyunun 7-nə təyin olunmuş parlament seçkiləri kampaniyasına rəsmi start verilib. Seçkilərdə 17 partiya və 2 partiya bloku iştirak edir. (teleqraf.az)

Bizim.Media

Seçilən
0
3
bizim.media

4Mənbələr