AZ

“Zirvəyə ucalan ömür” adlı konsert proqramı keçirildi - FOTO

“Artıq ənənə halını alan “Zirvəyə ucalan ömür” adlı konsert proqramımız ikinci ildir ki, davam edir. Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə və eyni zamanda anadan olmasının ildönümünə həsr olunan bu tədbiri məktəbimiz xüsusi ehtiramla qeyd edir. Silsilə tədbirlərimiz çərçivəsində mədəniyyətimizin və dövlətçiliyimizin keşiyində dayanan Ulu Öndərin xatirəsini əbədiləşdirmək, bu dahi şəxsiyyətin mahiyyətini və xalqımız üçün gördüyü misilsiz işləri gənc nəsilə aşılamaqmədəniyyət işçisi kimi mənim də borcumdur”.

Teleqraf xəbər verir ki, bu sözləri Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Zirvəyə ucalam ömrü-2” adlı konsertdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Könül Hüseynova deyib.

Könül Hüseynova vurğulayıb ki, məktəbin şagirdləri Ulu Öndərin xatirəsinə həsr olunan bu tədbirdə böyük həvəslə iştirak edirlər:

“Konsert proqramında əsasən Ulu Öndərin sevdiyi musiqi nümunələri repertuara daxil edilib. İlk nömrədə azyaşlı sinif şagirdlərinin xor ifasında gözəl bir kompozisiya təqdim olundu. Daha sonra kamera orkestri, xalq çalğı alətləri ansamblı, eyni zamanda məktəbin istedadlı şagirdlərinin solo ifaları ilə tədbirimiz daha da zənginləşəcək.
Həmçinin rəssamlıq şöbəsinin istedadlı şagirdlərinin əl işləri də nümayiş etdirilir. Mən Ulu Öndərin xatirəsinin bu şəkildə yaşadılmasından və xalqımızın mədəni yaddaşında əbədiləşdirilməsindən böyük qürur duyuram”.

Seçilən
17
1
teleqraf.com

3Mənbələr