AZ

Fiziyev Torres döyüşünün biletləri bu tarixdə satışa çıxarılır

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Bakıda keçiriləcək UFC turnirinin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev və meksiyalı Manuel Torresin görüşünə biletlər mayın 15-də, saat 10:00-dan etibarən satışa çıxarılacaq.

Bu barədə Axar.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Biletlər iTicket üzərindən satışa təqdim olunacaq. "UFC Fight Club" üzvləri biletlərini mayın 13-də, saat 10:00-da əldə edə biləcəklər. Tədbirə maraq göstərərək öncədən qeydiyyatdan keçən şəxslərə isə biletlər bir gün sonra təqdim olunacaq.

Qeyd edək ki, Rafael Fiziyev (13-5, Bakı, Azərbaycan) hazırda yüngül çəki divizionunda 11-ci pillədə qərarlaşıb və doğma arenada qələbə qazanaraq çempionluq mübarizəsinə dönməyi hədəfləyir. Onun rəqibi isə Meksikanın Tijuana şəhərindən olan, UFC-dəki bütün qələbələrini nokautla qazanan və 100 faiz finiş göstəricisinə sahib Manuel "Loco" Torresdir (17-3).

"UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
4
axar.az

10Mənbələr