AZ

Masazırda narkotik əməliyyatı - 13 nəfər saxlanıldı

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Masazır qəsəbəsində son bir neçə gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirməkdə və narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən ümumilikdə 13 nəfər saxlanılıb.

DİN-dən "Cebheinfo.az"a verilən məlumata görə, şübhəlilərdən Türkanə Məmmədova, Samirə Cahangirova, Tural Məmmədov və Vüsalə Cilqamlıdan ümumilikdə 6 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Araşdırma aparılır.

Qeyd edək ki, son günlərdə sosial şəbəkələrdə Masazırda narkotik alqı-satqısı ilə bağlı məlumatlar yayılmışdı. Bununla bağlı sakinlər də narahatlıq və şikayətlərini bildirmişdilər.

"Cebheinfo.az" 

Seçilən
61
28
cebheinfo.az

10Mənbələr