AZ

“Instagram” tamamilə dəyişdi

Meta “Instagram”da qlobal miqyasda başdan-başa şifrələməni dayandırmaq qərarı verib.

KONKRET.az xəbər verir ki, istifadəçilər artıq “ultra təhlükəsiz” üsullarla mesaj göndərə bilməyəcəklər. Bildirilir ki, bu addım “Instagram” mesajlaşma sistemində ciddi dəyişiklik deməkdir.

Mesajlaşma bölməsində əsas yeniliklər bunlardır:

Giriş icazələri: Meta artıq DM-lərdə mətnlərə, şəkillərə, videolara və səs qeydlərinə çıxış əldə edə biləcək.

Standart şifrələmə: “Instagram” artıq “Gmail” kimi xidmətlərdə istifadə olunan standart şifrələmə sisteminə keçib. Bu halda xidmət təminatçısı qanuni tələb yarandıqda mesajların məzmununa baxa bilər.

Məlumatların yüklənməsi: Şifrələnmiş söhbətləri olan istifadəçilərə məlumat itkisinin qarşısını almaq üçün mesaj və media fayllarını yükləmək imkanı təqdim olunacaq.

Meta bu qərarı funksiyadan istifadə edənlərin sayının az olması ilə izah edib.\\Metbuat.az

Seçilən
25
2
konkret.az

3Mənbələr