Rusiya ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə atəşkəsin 11 maya qədər uzadılması təşəbbüsünü dəstəkləməyə razılaşıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Kremlin rəsmisi Rusiyanın Trampın Kiyevlə 11 maya qədər "min nəfərə min" əsir mübadiləsi aparmaq təşəbbüsünü dəstəklədiyini də söyləyib.