AZ

Səudiyyə Ərəbistanı və Küveyt ABŞ-a icazə verdi: Vurun!

Səudiyyə Ərəbistanı və Küveyt ABŞ-a hərbi bazalarından və hava məkanından istifadə etməyə yenidən icazə veriblər. Məhdudiyyətlər əvvəllər ABŞ ordusu Hörmüz boğazını açmaq üçün əməliyyata başladıqdan sonra tətbiq edilmişdi.

Editor.az xəbər verir ki, “The Wall Street Journal” (WSJ) qəzetinin məlumatına görə, bu qərarlar ABŞ hərbi əməliyyatına əhəmiyyətli dərəcədə təsir göstərə bilər, çünki Amerika qüvvələri Səudiyyə və Küveyt bazaları olmadan öz potensiallarını tam şəkildə həyata keçirə bilməz.

Nəşrin məlumatına görə, Vaşinqton əvvəllər dayandırılmış “Azadlıq Layihəsi” əməliyyatını bərpa etməyə hazırlaşır. Lakin hərbi fəaliyyətin bərpasının vaxtı hələ də məlum deyil, çünki hər iki tərəf diplomatiyaya qayıdıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
17
editor.az

1Mənbələr