AZ

Uzanan qarşıdurmadan yoruldum -Tramp

ABŞ Prezidenti Donald Tramp İraqla münaqişədən tammiqyaslı hərbi əməliyyatlara keçmədən çıxış yolları axtarır, çünki uzanan qarşıdurmanın onu yormağa başladığı bildirilir.

Redaktor.az xəbər verir ki, bu barədə "The Atlantic" jurnalı məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Xəbərdə qeyd olunur ki, danışıqlardakı çıxılmaz vəziyyətə baxmayaraq, Tramp hərbi əməliyyatları bərpa etmək istəmir. Nəşrin məlumatına görə, bu həftə Tramp "insanları öldürmək" istəmədiyini bəyan edib və gələn həftə Pekinə edəcəyi səfər öncəsi hərbi aktivliyi azaltmaq barədə tapşırıq verib. Bildirilir ki, o, Çin sədri Si Cinpinin qarşısında Yaxın Şərqdə növbəti uzanan münaqişəyə cəlb olunmuş siyasətçi kimi deyil, "sülhməramlı" obrazında çıxmaq niyyətindədir.

Xədicə BAXIŞLI

Seçilən
0
1
redaktor.az

2Mənbələr