Paşinyan sərhədimizdə: Dığlı müharibə istəyir - VİDEO
Ermənistan Baş naziri Nikol Paşinyan 8 mayda Zəngəzur bölgəsinin Laçınla sərhəddə yerləşən Dığ (Teq) kəndində olub."Yeni Sabah" xəbər verir ki, Paşinyan kənddə təsadüfi rastlaşdığı bir gəncə Ermənistanın 29,7 kv.km-lik ərazisini əks etdirən döş nişanı təqdim edib. Gənc isə onu götürməkdən imtina edib. Gənc bildirib ki, bu, “kiçik xəritədir”. Həmçinin deyib ki, Zəngəzurun da “itirilməsi riski” ola bilər: pizza mizza“Görürsünüz, cənab Paşinyan, mən çirk içindəyəm, evlər tikirəm. Tikintiyə davam edim, yoxsa nə vaxtsa başqa bir şey ola bilər (yəni Zəngəzur Azərbaycana verilə bilər - red.)?” Paşinyan isə qeyd edib ki, o, həqiqətən Zəngəzuru itirməkdən narahat olsaydı, tikintiyə heç başlamazdı: “Evlər tikməyə nə vaxt başladınız? Xəritə böyük olanda niyə bunu etmədiniz?” deyə Paşinyan Qarabağın işğal altında olduğu dönəmdə tikintiyə cəsarət etmədiklərinə işarə vurub. Daha sonra dialoq bu cür davam edib: Gənc: - Baxın, bu, sadəcə eybəcərdir. Siz bu xəritəni tutub hamımıza deyirsiniz: biz bütün bunlara uyğunlaşmalıyıq. Paşinyan: - Bəli, biz buna uyğunlaşmalıyıq, çünki bunlar Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləridir. Göründüyü kimi, tam sərhədimizdə yaşayan gənc ermənilər müharibəyə və işğala can atırlar.
- kanalımız