AZ

Yuxusuzluq beyinə belə ziyan vurur

Yuxusuzluğun beyinə vurduğu zərər düşündüyümüzdən daha ciddi imiş.Metbuat.az xəbər verir ki, Nigeriyanın İbadan Universitetinin apardığı araşdırmaya görə, cəmi bir gecə yuxusuz qalmaq beyində Altsheymer xəstəliyinə bənzər dəyişikliklər yarada bilər. Mütəxəssislər son 25 ilin məlumatlarını analiz edərək müəyyən ediblər ki, yuxusuzluq zamanı beyin hüceyrələri arasındakı əlaqə zəifləyir, toksik maddələrin təmizlənməsi prosesi isə pozulur. Xüsusilə yaddaşa cavabdeh olan hipokampus bölgəsinin bu vəziyyətdən ciddi zərər gördüyü bildirilib.Araşdırmada qeyd olunur ki, yuxu zamanı beyin gün ərzində toplanan məlumatları emal edərək yaddaşa ötürür. Bu proses pozulduqda isə öyrənmə qabiliyyəti zəifləyir, hətta saxta xatirələrin formalaşması riski artır.

Alimlər bildirirlər ki, bu təsirləri aradan qaldırmaq mümkündür. Bunun üçün böyüklərin gündə 7-9 saat keyfiyyətli yuxu alması, yatmazdan əvvəl isə texnoloji cihazlardan uzaq durması tövsiyə olunur.

Seçilən
43
metbuat.az

1Mənbələr