AZ

Dambrauskas: “Məğlubiyyəti unutmalıyıq”

futbolpress-az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Misli Premyer Liqasının XXXI turunun “Sabah” – “Kəpəz” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– “Kəpəz”i təbrik etmək istəyirəm. Düşünürəm ki, bu qələbə onlar üçün böyük uğurdur. Oyunumuzdan çox şey demək istəmirəm. İlk hissədə dominant, yaxşı oynayan tərəf biz idik. 3-4 qol fürsəti yaratdıq, amma rəqib komandanın qapıçısı əla seyvlər etdi. Fasilədən sonra dəyişikliklərə əl atdıq, amma ritmimiz düşdü. Anlaşılmaz səhvimizdən sonra rəqib fərqləndi və qapanmağa başladı. Hücumlarda daha səbirli olmalı idik, ancaq tələsdik. Məğlubiyyəti unutmalıyıq. Üzülməyə vaxt yoxdur, finala hazırlaşmalıyıq.

– Ola bilər ki, futbolçuların diqqətləri kubokun finalında idi?

– Müəyyən mənada ola bilər. Bu gün az şans qazanan futbolçulara fürsət verdik. Çox risk etmək istəmirdik. Amma futbolçular keyfiyyətlərini göstərməli idilər. Ümumiyyətlə, uşaqların çalışqanlığından şikayətlənə bilmərik. Bir anda heyətdə 5-6 dəyişiklik edəndə belə nəticələr qaçılmaz olur. Amma bu heyət 5-6 oyun birlikdə oynasa, daha yaxşı nəticələr əldə edə bilər.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
futbolpress.az

1Mənbələr