AZ

Mobil oyunlarda casus proqram aşkarlandı

Şimali Koreya ilə əlaqəli “ScarCruft” adlı haker qrupunun yeni kiber-casusluq əməliyyatı üzə çıxıb.

Metbuat.az xəbər verir ki, “ESET” tədqiqatçıları hücumçuların bu dəfə oyun platformasını hədəf aldığını açıqlayıb. Məlumata görə, Çinin Yanbian bölgəsində istifadə olunan oyun platformasının “Windows” və “Android” versiyalarına zərərli proqram yerləşdirilib. “BirdCall” adlı casus proqram istifadəçilər oyunun yenilədiyini və ya yeni oyun yüklədiyini düşündüyü anda cihazlara gizli şəkildə daxil olur. İlk mərhələdə yalnız kompüterləri hədəf alan proqramın sonradan “Android” cihazlara da uyğunlaşdırıldığı müəyyən edilib.Araşdırmaya əsasən, sistemə daxil olduqdan sonra proqram telefon kitabçası, mesajlar, zəng tarixçəsi və şəxsi fayllara çıxış əldə edir. Bununla yanaşı, cihazın mikrofonu vasitəsilə səs yazıları götürə, həmçinin ekran görüntüləri çəkə bilir.Mütəxəssislər bildirib ki, casus proqramın qısa müddətdə yeddi fərqli versiyası hazırlanıb. Bu isə hücumçuların təhlükəsizlik sistemlərini aşmaq üçün proqramı davamlı yenilədiyini göstərir.

Ekspertlərin fikrincə, hücumun əsas hədəfi Yanbian bölgəsində yaşayan etnik koreyalılar və Şimali Koreyadan qaçan mühacirlərdir. 2012-ci ildən aktiv olan “ScarCruft” qrupunun daha əvvəl də Cənubi Koreya və region ölkələrində oxşar casusluq əməliyyatları həyata keçirib.

Seçilən
13
metbuat.az

1Mənbələr