Yazını böyüt
Yazını kiçilt
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş veteranlar arasında minifutbol yarışına yekun vurulub.
Hafta.az bildirir ki, Bakı Tennis Akademiyasında təşkil olunan turnirin finalında “Milli”ni penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edən “Qarabağ” komandası yarışın qalibi olub.
Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, “Azərbaycan İdman Veteranları” İctimai Birliyinin sədri Zemfira Meftaxetdinova, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov, Azərbaycan Futbol Vetaranları Birliyinin sədri Oqtay Abdullayev və digər rəsmi şəxslər təqdim ediblər.