AZ

İran hərbi mənbəsi: ABŞ-ın hücumlarına cavab olaraq İran donanması əməliyyat keçirdi » AzadMedia.az


İranın cənubunda, Fars körfəzində baş verən son hadisələrlə bağlı Tasnim News Agency agentliyinə danışan hərbi mənbə bildirib:
“Amerikalı terrorçuların İranın neft tankerilərinə qarşı düşmən hərəkətlərindən sonra İran donanması atəşkəsin pozulmasına və ABŞ terroruna cavab olaraq əməliyyatlar həyata keçirib.”
Mənbə qeyd edib ki, qarşılıqlı atəş mübadiləsindən sonra hazırda bölgədə toqquşma yoxdur.
“Toqquşmalar dayandırılıb və vəziyyət sakitdir.”
Eyni zamanda mənbə xəbərdarlıq edib ki, əgər ABŞ yenidən Fars körfəzinə daxil olmağa və ya İran gəmilərinə qarşı problem yaratmağa cəhd etsə, yenidən qəti cavab alacaq.
“Bu səbəbdən bölgədə belə qarşıdurmaların yenidən başlaması ehtimalı mövcuddur”, — deyə mənbə vurğulayıb.
Seçilən
47
1
azadmedia.az

2Mənbələr