AZ

Qulaq çöpündən istifadə edənlərə xəbərdarlıq

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Gündəlik gigiyena qaydası hesab etdiyimiz vərdiş əslində eşitmə qabiliyyətini tamamilə itirməyə səbəb ola bilər. Mütəxəssislər illərdir doğru bildiyimiz bu metodun təhlükələrini açıqlayıb.Demokrat.az xəbər verir ki, tanınmış audioloq Joan Fransesk Horvat qulaqların pambıq çöpləri ilə təmizlənməsinin ağır fəsadlara yol açdığı barədə xəbərdarlıq edib. Həkim qulaq kirinin mütləq şəkildə kənardan müdaxilə ilə təmizlənməsi barədə yayılan fikirlərin yanlış olduğunu bildirib."Qulaq öz-özünü təmizləmə mexanizminə malikdir. Qulaq kiri xarici kanalda yaranır və çeynəmə, eləcə də danışma kimi təbii hərəkətlər sayəsində öz-özünə xaric olunur", - deyə mütəxəssis vurğulayıb.Horvat əlavə edib ki, pambıq çöpləri qulağı təmizləmək əvəzinə, kiri daha dərininə itələyir. Bu isə tıxacların yaranmasına, infeksiyalara və hətta təbil pərdəsinin zədələnməsinə gətirib çıxarır. Təhlükəsiz alternativ kimi həkim həftədə iki-üç dəfə dəniz suyu tərkibli spreylərdən istifadəni, yaxud xüsusi məhlullarla qulağı yumağı tövsiyə edib.Yəni, qulaqları pambıq çöpləri ilə təmizləmək eşitmə qabiliyyətinə ciddi ziyan vura bilər, çünki qulaq özü-özünü təbii yolla təmizləmək bacarığına malikdir.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
demokrat.az

1Mənbələr