"Nəyə görə illərdir eyni şəxslər Prezident təqaüdünə təqdim olunur? Bu təqaüd Heydər Əliyev tərəfindən sənət adamlarının sosial rifahının yaxşılaşdırılması məqsədilə təsis olunmuşdu. Məqsəd onlara dəstək olmaq, əməyini qiymətləndirmək idi. Amma illərdir eyni adların siyahıda təkrar-təkrar yer alması ciddi suallar yaradır".
Newscenter.az xəbər verir ki, bunları Əməkdar artist, Bakı Bədəliyyə Teatrının əməkdaşı Elxan Rza deyib O, bu cür yanaşmanın ədalətli olmadığını bildirib:
"Bu yanaşma nə qədər ədalətlidir? Bu məsələyə aydınlıq gətirilməsinə ehtiyac var".
Elxan Rzanın sözlərinə görə, elə aktyor var ki, sözügedən təqaüd təsis olunan ildən indiyə qədər hər il təaqüd təqdim edilənlər siyahısında olur:
"Bu haqsızlıq, ədalətsizlikdir. Prezident ona təqdim edilən bütün siyahını oxumalı deyil ki? Deməli məmurlar prezidenti aldadırlar. Nə üçün mənim haqqımı kimsə yeməlidir?".
Süleyman