AZ

Kommunal ödənişləri vermədiyi üçün yaşadığı evdən çıxarıldı

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Afrodita” ləqəbi ilə tanınan türkiyəli aktrisa Banu Alkan yaşadığı mənzillə bağlı məhkəmə çəkişməsi ilə gündəmə gəlib.

“Qafqazinfio” Türkiyə mediasına istinadən xəbər verir ki, Alkan bacısı Neziha Pekduyarın adına kirayəyə götürülən evdə yaşayırmış.

İddialara əsasən, mənzilin kommunal ödənişləri vaxtında edilmədiyi üçün ev sahibi hüquqi addım atıb.

Məlumata görə, ev sahibi əvvəlcə notarius vasitəsilə xəbərdarlıq göndərib. Problem həll olunmadıqda isə kirayə müqaviləsinin pozulduğunu əsas gətirərək, məhkəməyə müraciət edib və mənzilin boşaldılmasını tələb edib.

Məhkəmə prosesi davam etdiyi müddətdə Banu Alkan evi boşaldaraq, açarları ev sahibinə təhvil verib.

Bunun ardından məhkəmə mənzilin artıq təhvil verildiyini nəzərə alaraq, əlavə qərar çıxarılmasına ehtiyac olmadığını bildirib. Eyni zamanda, məhkəmə xərclərinin Banu Alkan tərəfindən ödənilməsinə qərar verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
7
qafqazinfo.az

8Mənbələr