İranla aparılan danışıqlarda irəliləyiş əldə olunmasa, ABŞ Hörmüz boğazında gəmilərin tranzit təhlükəsizliyini təmin etməyə yönəlmiş “Azadlıq layihəsi” əməliyyatını bərpa edə bilər.
Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.
Tramp deyib: "Əgər heç bir nəticə əldə olunmasa, biz “Azadlıq layihəsi”nə qayıda bilərik. Lakin bu "Azadlıq Layihəsi +" olacaq".