AZ

Bu ərazilər işıqsız qalacaq

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) xidməti ərazisindəki 110/35/6 kV-luq yarımstansiyada təmir-təftiş işləri aparılacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, yenidənqurma işləri ilə əlaqədar saat 01:00-dan 04:00-dək paytaxtın Binəqədi kəndi və ətrafındakı yeni yaşayış massivləri, Biləcəri qəsəbəsinin Məmmədoğlular, M.Aslanov, 10 May küçələri, eləcə də "DSK yolu" adlanan ərazinin bir hissəsində elektrik enerjisinin verilişində qısamüddətli məhdudiyyətlər yaranacaq.

Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təminatı bərpa olunacaq.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
6
news.milli.az

5Mənbələr