AZ

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunur

Bu gün Azərbaycandan Ermənistana 8 vaqon (479 ton) dizel yanacağı göndəriləcək.

Bu barədə Publika.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.

Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton "Aİ-92" benzini və 2955 ton "Aİ-95" benzini ixrac olunub.

Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

Seçilən
10
2
publika.az

10Mənbələr