AZ

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salındı

Mayın 9-da Azərbaycandan Ermənistana 8 vaqon (479 ton) dizel yanacağı göndərilib.

 

Senzor.az bildirir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.

 

Qeyd olunub ki, bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük də həyata keçirilib. Belə ki, 6 vaqondan ibarət, çəkisi 402 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

 

Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 8 500 tondan çox dizel, 979 ton "Aİ-92" benzini və 2 955 ton "Aİ-95" benzini, Rusiyadan isə Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4 000 ton gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Seçilən
1
15
senzor.az

10Mənbələr