AZ

Cəlal Hüseynov “Lokomotiv”ə qarşı 90 dəqiqə oynadı – ARENA.AZ

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 33-cü turu çərçivəsində Plovdiv “Lokomotiv”i ilə qarşılaşıb.

“Arda” səfərdə baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2. Hüseynov 90 dəqiqə meydanda olub. O, 88-ci dəqiqədə sarı vərəqə də alıb.

“Arda” 33 turdan sonra 45 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda cari mövsümdə 12 qələbə qazanıb, 9 heç-heçə edib, 12 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, “Zirə”nin yetirməsi olan Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 82 rəsmi oyuna çıxıb, 2 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, ötən ilin yayında yenidən Bolqarıstan klubuna qayıdıb.

Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 9 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
6
9
arena.az

10Mənbələr