Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov Aşqabadda yaşayan 100 yaşlı İkinci Dünya müharibəsi veteranı, soydaşımız Tahirə Həsən qızı Əliyevanı evində ziyarət edib, faşizm üzərində qələbə münasibətilə onu təbrik edərək gül dəstəsi və hədiyyə verib.
XQ xəbər verir ki, səfir T.Əliyevaya zəhmətkeş fəaliyyətinin və müharibə illərində arxa cəbhədə göstərdiyi fədakarlığının hörmət və ehtiramla xatırlandığını bildirilərək, ona möhkəm cansağlığı, uzun ömür arzulayıb. Diplomat həmçinin Azərbaycanda, eləcə də Türkmənistanda İkinci Dünya müharibəsinin iştirakçılarına dövlət və xalq tərəfindən yüksək qiymət verildiyini vurğulayıb.
T.Əliyeva göstərilən diqqətə və ehtirama görə məmnunluğunu ifadə edib, ölkələrimizə sülh və əmin-amanlıq arzulayıb, müharibə dövrünün ağrılı, lakin qürurlu xatirələrini bölüşüb.
T.Əliyeva İkinci Dünya müharibəsi illərində arxa cəbhədə fəaliyyət göstərib və cəbhənin ərzaqla təmin olunmasına böyük töhfə verib.
Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti