ain.az bildirir, Bizim media portalına istinadən.
ABŞ Prezidenti Donald Tramp İranın Minab şəhərindəki məktəbə hücumla bağlı bütün həqiqəti ictimaiyyətə açıqlayacağını bildirib.Bizim.Media xəbər verir ki, ABŞ lideri jurnalistlərə açıqlamasında bu barədə danışıb.
“Bu məsələ hazırda araşdırılır və hesabatı alan kimi onu sizə təqdim edəcəyik”, - deyə Tramp bildirib.
Xatırladaq ki, fevralın 28-də İranın Minab şəhərində yerləşən Şəcərət əl-Tayyibə Qızlar İbtidai Məktəbinə raketlə zərbə endirilib. Nəticədə 170-ə yaxın şagird həyatını itirib.
Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.