AZ

Cinayətdə şübhəli bilinən 54 nəfər saxlanılıb

Mayın 8-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Ucnoqta.az DİN-ə istindla xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 122, o cümlədən borclu şəxs qismində axtarışda olan 100 nəfər saxlanılıb.

⁠Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

⁠Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

Seçilən
32
49
ucnoqta.az

10Mənbələr