AZ

Rusiya bu istiqamətdə 106 min hərbçi yığdı

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Düşmən faktiki olaraq bütün cəbhə boyu hücum əməliyyatlarını aktivləşdirib və qoşunların yenidən qruplaşdırılmasını həyata keçirir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski məlumat verib.

O bildirib ki, təmas xəttində vəziyyət mürəkkəb olaraq qalır və hazırda ən gərgin istiqamət Pokrovsk istiqamətidir. Burada Rusiya təxminən 106 min hərbçi cəmləşdirib:

"Düşmənin Oçeretino, Aleksandrovsk, Kupyansk, Konstantinovka istiqamətlərində və Rusiya ilə dövlət sərhədi boyunca yerləşən sahələrdə də fəallığı yüksək olaraq qalır".

O qeyd edib ki, Ukrayna Müdafiə Qüvvələrinin bölmələri mövqeləri möhkəm şəkildə qoruyur və əlverişli şəraitdə öz aktiv əməliyyatlarını həyata keçirirlər. Həmçinin vurğulayıb ki, Ukrayna hərbçiləri Rusiya ərazisində də tapşırıqları yerinə yetirməyə davam edir - Kursk vilayətində mövcudluq qorunub saxlanılır.

Sırski söyləyib ki, Rusiya ordusu hər gün ən azı min nəfər itki verir.

Milli.Az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
news.milli.az

2Mənbələr