AZ

Azərbaycan nefti kəskin BAHALAŞDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,43 ABŞ dolları və ya 4,2 % artaraq 109,98 ABŞ dolları təşkil edib.

Bizim.Media xəbər verir ki, hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 104,72 ABŞ dolları təşkil edib.
 

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,52 ABŞ dolları və ya 4,4 % artaraq 107,01 ABŞ dolları təşkil edib.


Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Bizim.Media

Seçilən
0
49
bizim.media

10Mənbələr