AZ

Bu ərazilərə qar yağıb

Mayın 8-i ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb.

News365.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin mayın 9-u saat 10:00-a olan məlumatına əsasən, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub.

Şahdağ, Xınalıq və Qrızda (Quba) arabir qar yağıb.

Düşən yağıntının miqdarı Göyçayda 15, Xaltan (Quba) və Şəkidə (Kişçay) 10, Qəbələdə 9, Beyləqan və Oğuzda 8, İsmayıllıda 7, Gədəbəydə 6, Qobustan, Göygöl, Ağstafa, Daşkəsən, Zərdab və Şahbuzda 3, Lerik, Yardımlı, Ağdam, Xızı və Qaxda (Sarıbaş) 2, Goranboy, Cəbrayıl, Bərdə, Yevlax, Şabran, Şirvan, Kürdəmir, Qusar, Tovuz, Şamaxı, Ordubadda 1 mm-dək qeydə alınıb.

Mayın 8-də Ağstafa rayonu Köhnəqışlaq kəndinə xırda ölçülü dolu düşüb.

Seçilən
12
30
news365.az

10Mənbələr