AZ

Bu 8 vərdiş əhvalınızı YAXŞILAŞDIRACAQ

ain.az, Bizim media saytına istinadən bildirir.

İş, ailə və gündəlik məsuliyyətlərin artması ilə bir çox insan öz ehtiyaclarını ikinci plana keçirir.Bizim.Media "Independent⁠" nəşrinə istinadən xəbər verir ki, 4 min yetkin şəxs arasında keçirilən sorğuda iştirakçıların dörddə biri son bir ay ərzində psixi sağlamlığını dəstəkləmək üçün heç bir addım atmadığını bildirib.Buna görə də mütəxəssislər ruh halını yaxşılaşdırmaq və psixoloji rifahı dəstəkləmək üçün gündəlik həyata daxil edilə biləcək 8 sadə vərdişi tövsiyə ediblər:1. Təbiətdə vaxt keçirinMütəxəssislərin sözlərinə görə, təbiətdə vaxt keçirmək psixi sağlamlığa müsbət təsir göstərir. Qısa bir park gəzintisi və ya bağçada oturmaq belə insanın baxış bucağını dəyişə bilər.2. Hərəkət edinFiziki aktivliyin psixi sağlamlıq üzərində güclü təsiri var. Marafon qaçmağa ehtiyac yoxdur, rəqs etmək və ya yüngül məşqlər etmək belə kifayət edə bilər.3. Ekrandan uzaqlaşınSosial mediada vaxt keçirmək çox vaxt rahatladıcı görünsə də, sıx və mənfi məzmun zehni yorur. Buna görə də vaxtaşırı ekranlardan uzaq qalmaq tövsiyə olunur.4. Dostlarınızla plan qurunSosial münasibətləri gücləndirmək psixi sağlamlığı qoruyan vacib amillərdən biridir. Dost görüşü planlaşdırmaq gələcəyə dair müsbət gözlənti yaradır.5. Sakit yuxu rejimiYatmazdan əvvəl bir saat ekranlardan uzaq durmaq, rahatladıcı fəaliyyətlərlə məşğul olmaq və sakit mühit yaratmaq zehnin rahatlamasına kömək edir.6. Bol su içinFiziki sağlamlıqla psixi sağlamlıq arasında güclü əlaqə var. Kifayət qədər su içmək diqqəti və yaddaşı dəstəkləyir, eyni zamanda ruh halını yaxşılaşdıra bilir.7. Minnətdar olduğunuz üç şeyi yazınGün ərzində yaşanan kiçik, amma müsbət anları qeyd etmək düşüncə tərzini daha pozitiv istiqamətə yönəltməyə kömək edir.8. Yeni bacarıq öyrəninYeni bacarıqlar öyrənmək və özünü inkişaf etdirmək psixi sağlamlığa müsbət təsir göstərir. Yeni hobbi qazanmaq insanı mənfi düşüncələrdən uzaqlaşdırır.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
1
bizim.media

2Mənbələr