AZ

Messi Argentina millisini favorit hesab etmir

Sportal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Son dünya çempionu Argentina milli komandasının kapitanı yayda keçiriləcək mundialla bağlı fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, "İnter Mayami"nin ulduzu favorit hesab etdiyi komandaların adlarını açıqlayıb:

"Dünya çempionatına bizdən daha yaxşı durumda gələn başqa favoritlər var. Fransa millisi yenə çox güclüdür. Çox sayda yüksək səviyyəli oyunçuları var. İspaniya, Braziliya... Onlar hər zaman çempionluq yarışının içindədir. Portuqaliyanın da artıq həqiqətən çox yaxşı heyətinin olduğunu düşünürəm".

Qeyd edək ki, Argentina yığması DÇ-2026-nın final mərhələsinin J qrupunda Əlcəzair, Avstriya və İordaniya ilə mübarizə aparacaq.

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
1
sportal.az

2Mənbələr