AZ

Alman general: Putinin hədəfində daha üç keçmiş sovet ölkəsi var

ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

“Rusiya Avropanın təhlükəsizliyinə ən böyük təhdiddir”.

Teleqraf xəbər verir ki, bunu Almaniya Federal Təhlükəsizlik Siyasəti Akademiyasının prezidenti general-mayor Volf-Yürgen Ştal Ukrayna mediasına deyib.

Alman general münbit zəmin yaranan kimi, Rusiya Prezidenti Vladimir Putinin NATO üzvü olan ölkələrə hücum əmri verə biləcəyini istisna etmir. Söhbət keçmiş sovet ölkələri Estoniya, Litva və Latviyadan gedir.

“İndi etməli olduğumuz şey, hərbi hücum üçün əlverişli şəraitin yaranmasına imkan verməməkdir. Putin silahlı qüvvələrini yenidən qurur, NATO sərhədləri boyunca yeni bazalar və kazarmalar yaradır. Yəni, o, hərbi hücum üçün imkanları artırır, güman edirəm, müəyyən hallarda bu imkanlardan istifadə edə bilər.

Əgər ona bunun çox ağrılı olacağını, bunun üçün çox yüksək bədəl ödəməli olacağını göstərsək (çəkindirmə, müdafiə qabiliyyəti), inanıram ki, onda bundan çəkinə bilər. Çünki Putin təkcə macəraçı deyil, həm də realistdir, NATO ərazisinə açıq hərbi hücumun ona çox baha başa gələcəyi qənaətinə gələ bilər”, - Ştal vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
2
sherg.az

3Mənbələr