AZ

TƏCİLİ: Rusiya 9 May atəşkəsini pozdu, 3 nəfər ÖLDÜ, Putinin paradına üç lider gəlib - TV Musavat

Rusiya Hərbi Hava Qüvvələri üçgünlük atəşkəsin elan edilməsindən sonra Ukraynanın Zaporojye vilayətinin Poloqivski rayonuna dron zərbələri endirib.

Bu barədə Ukrayna Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Dronlardan birinin avtomobilə dəyməsi nəticəsində bir nəfərin öldüyü, ikisinin yaralandığı bildirilib.

Çerniqov vilayətinin Novqorod-Siverski rayonunda isə Rusiyanın kənd təsərrüfatı müəssisəsinə dron hücumu nəticəsində 70 yaşlı bir kişi və 49 yaşlı oğlu həlak olub.

Bu arada, Moskvada Qırmızı Meydanda Böyük Vətən Müharibəsində əldə edilən qələbənin 81-ci ildönümünə həsr olunmuş parad başlayıb. Paradı Rusiya, Qazaxıstan, Özbəkistan və Belarus dövlət başçıları izləyirlər.

TV Musavat-ın saat 12:10-da canlı yayımlanan "Həftə içi" verilişində professor Qabil Hüseynli sualları cavablandırır.

Seçilən
13
musavat.com

1Mənbələr