AZ

Azərbaycanın neft qiymətlərinin həftəlik İCMALI

Bu həftə "Azeri Light CIF", "Urals", "Dated Brent" və "Azeri Light FOB Ceyhan" markalı neftin orta qiymətləri azalıb.

Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yatağından hasil olunan Azeri Light CIF markalı neftin orta qiyməti ötən həftə ilə müqayisədə 8,03 ABŞ dolları və ya 6,8 faiz azalaraq 110,77 ABŞ dolları təşkil edib.

Məlumata əsasən, həftə ərzində bu markalı xam neftin maksimal qiyməti bir barel üçün 118,56 ABŞ dolları, minimal qiyməti isə 105,55 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə "Azeri Light" markalı neftin orta qiyməti bir barel üçün 107,715 ABŞ dolları təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 7,9 ABŞ dolları və ya 6,8 faiz aşağıdır. Həftə ərzində ən yüksək qiymət bir barel üçün 115,45 ABŞ dolları, ən aşağı qiymət isə 102,49 ABŞ dolları olub.

Trend

Tarix: 9 May 2026, 12:16   
Seçilən
1
8
pravda.az

9Mənbələr