Rusiyada Qələbə Günü paradı zamanı maraqlı hadisə baş verib.
Publika.az Chita.ru saytına istinadən xəbər verir ki, Çitada keçirilən paradda Ukrayan müharibəsi iştirakçılarının həyat yoldaşları və anaları yürüş ediblər.
Paradın aparıcısı deyib: "Onların çiyinlərindəki gödəkçələr məsuliyyət, sədaqət və hazırda xidmət edənlərə qarşı sarsılmaz inamın simvoluna çevrildi. Bu kolonun hər addımının arxasında inam, ümid və sevgi dayanır".
Müəllif: Tural