Lökbatanda mərmər sexində çalışan 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
Qaradağ rayonunda bədbəxt hadisə baş verib. 1news.az APA-ya istinadən xəbər verir ki, hadisə mayın 8-də Lökbatan qəsəbəsinin ərazisində yerləşən mərmər sexində qeydə alınıb. Biləsuvar rayon sakini 1969-cu il təvəllüdlü Azər Babayev işləyən zaman mərmər daşının qırılıb başına dəyməsi nəticəsində ölüb. Araşdırma aparılır.