AZ

ABŞ narkotik daşıyan gəmiyə zərbə endirdi: ölənlər var

ABŞ narkotik daşıyan gəmiyə zərbə endirdi: ölənlər var

ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı Sakit okeanın şərq hissəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən gəmiyə zərbə endirib. Mayın 8-də baş verən hadisə nəticəsində gəmidə olan 2 nəfər həlak olub, 1 nəfər isə sağ qalıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, komandanlığın "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində verilən məlumata görə, kəşfiyyat məlumatları gəminin narkotik qaçaqmalçılığı üçün istifadə edilən marşrutlarla hərəkət etdiyini təsdiqləyib.

Hücumdan sonra hərbçilər sağ qalan şəxsin tapılması üçün Sahil Mühafizəsinə axtarış-xilasetmə tədbirlərinə başlamaq barədə göstəriş verib. Əməliyyat zamanı Amerika hərbçiləri arasında xəsarət alan olmayıb.

Seçilən
16
afn.az

1Mənbələr