AZ

Bu tərəvəzin bişmişi çiyindən daha xeyirlidir

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Hər gün süfrəmizdə olan bəzi məhsulların hazırlanma qaydasını dəyişməklə qocalma prosesini ləngitmək mümkündür. Mütəxəssislər bəzi tərəvəzləri çiy deyil, bişmiş formada yeməyin orqanizm üçün daha faydalı olduğunu üzə çıxarıblar.Demokrat.az xəbər verir ki, bu barədə pəhriz mütəxəssisi Oleq Krivçenkov yerli telekanallardan birinin efirində danışıb. Onun sözlərinə görə, gəncliyini qorumaq istəyənlər üçün bişmiş yerkökü əvəzolunmaz vasitədir. Bu tərəvəzin tərkibindəki beta-karotin həm görmə qabiliyyətini yaxşılaşdırır, həm də hüceyrələrin qocalmasının qarşısını alır. Maraqlı məqam budur ki, bişmiş yerköküdən alınan həmin maddə bədən tərəfindən çiy yerkökünə nisbətən daha asan mənimsənilir.Həmçinin oxu:

Bu 5 maşın modelini alan usta yanından çıxmır

16 minə də satılır, 32 minə də — Hansı real qiymətdir?

Rusiyada yeni avtomobil markası yaradıldıHəkim ispanağın da oxşar təsirə malik olduğunu vurğulayıb. İspanaq bədəni gənc saxlayan karotinoidlərlə zəngin bitkidir. Lakin bu bitkinin faydasını maksimuma çatdırmaq üçün onu bir-iki dəqiqə qaynar suda saxladıqdan sonra yemək məsləhətdir. Belə emal üsulu həm qidaların dadını qoruyur, həm də onların müalicəvi xüsusiyyətlərini aktivləşdirir.Yəni, yerkökünü sobada bişirib, ispanağı isə pörtlədib yemək bədənin qocalmasını dayandıran maddələrin qana daha tez keçməsinə kömək edir.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
1
demokrat.az

2Mənbələr