AZ

Cəlilabadda valideynlərin mübahisəsi bıçaqlanma ilə bitdi

Cəlilabad rayonunda məktəblilər arasında mübahisə valideynlərin iştirakı ilə qanlı hadisəyə çevrilib. Hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib.

Publika.az xəbər verir ki, iki məktəbli arasında yaranan mübahisədən sonra onların valideynləri — Nicat Cəbiyev və İlqar Quliyev məsələni aydınlaşdırmaq üçün görüşüblər.

Mübahisə zamanı Nicat Cəbiyev İlqar Quliyevə çoxsaylı bıçaq xəsarətləri yetirib.

Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağır qiymətləndirilir.

Seçilən
10
5
publika.az

10Mənbələr