İranın xarici işlər naziri Abbas Əraqçi ilə britaniyalı həmkarı İvett Kuper arasında telefon danışığı aparılıb.
“İki sahil” xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, tərəflər regional hadisələri müzakirə edib və fikir mübadiləsi aparıblar.
Telefon danışığı ilə bağlı ətraflı məlumat verilmir.