AZ

9 yaşlı Camala kömək olaq! - Çarəsiz anadan çağırış  

9 yaşlı Yusifli Camal Yasin oğlu ağır xəstəliklə mübarizə aparır. Ailə övladının yaşaması və müalicələrinin davam etdirilməsi üçün xeyirxah insanlardan kömək istəyir.

Camal doğulan zaman beyninə qansızma baş verib. Həmin ağır fəsaddan sonra həkimlər ona serebral iflic diaqnozu qoyublar. Hazırda uşağın vəziyyəti olduqca ağırdır. O, nə danışa, nə otura, nə də yeriyə bilir. Eyni zamanda görmə problemlərindən əziyyət çəkir.

Ailənin sözlərinə görə, Camal uzun illərdir davamlı müalicələr alır. Uşaq hər ay xüsusi terapiyalara, masaj və idman məşqlərinə aparılır. Müalicə dayandıqda vəziyyəti daha da ağırlaşır. Camal həmçinin sudurqalı epilepsiya xəstəsidir.

Bədənində yaranan güclü tonus və qıc problemlərinə görə uşağa mütəmadi olaraq botoks iynələri vurulur. Təkcə həmin iynələrin qiyməti 1200 manatdır. Bundan əlavə, yeriməsi üçün 1500 manat dəyərində xüsusi protez alınıb. Son olaraq isə uşağa 1500 manatlıq ortopedik ayaqqabı götürülüb. Ailə bütün tibbi sənədlərin və ödəniş qəbzlərinin mövcud olduğunu bildirir.

Hazırda Camalın vəziyyəti daha da ağırlaşıb. Onun ağciyərində pnevmoniya yaranıb, sol ağciyərinə maye yığılıb. Yüksək hərarəti düşmür, ciddi halsızlıq yaşayır. Uşağın təcili şəkildə inqalyasiya aparatına qoşulmasına və müalicələrinin davam etdirilməsinə ehtiyac var.

Ana Pəri Yusifova bildirir ki, övladını yaşatmaq üçün evlərini satıblar, hazırda kirayədə yaşayırlar. Ailə bütün maddi imkanlarını uşağın müalicəsinə sərf edib.

Çarəsiz ana övladının yaşaması üçün xeyirxah insanlara üz tutub:

“Bir ana olaraq hər kəsdən balam üçün kömək istəyirəm. Günbəgün vəziyyəti ağırlaşır. İmkanınız çatan qədər dəstək olun. Allah heç kəsi övladı ilə sınamasın”.

Camala dəstək olmaq istəyənlər aşağıdakı əlaqə vasitələri ilə ailə ilə əlaqə saxlaya bilərlər:

Əlaqə nömrəsi (WhatsApp): 055 661 37 81

Kapital Bank kart hesabı: 4169 7388 5291 6208

 

Şahanə Rəhimli
Musavat. com

Seçilən
51
musavat.com

1Mənbələr