AZ

Porsche sürənlə Lada sürən eyni pul ÖDƏYƏCƏK

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiyada OSAQO çərçivəsində avtomobillərin təmir qiymətləri ilə bağlı diqqətçəkən statistika açıqlanıb.

Milli.Az xəbər verir ki, "İzvestiya"nın yaydığı məlumata görə, Rusiya AvtoSığortaçılar Birliyinin məlumatları əsasında aparılan hesablamalarda Porsche və Lada markalarının qəza sonrası təmir işləri üçün normo-saat qiymətinin eyni olduğu müəyyən edilib.

Məlumata görə, Moskvada həm Lada, həm də Porsche avtomobillərinin bir saatlıq təmir işi 900 rubl olaraq hesablanır. Eyni tarif Geely, Land Rover, Infiniti, Haval, Tank, Jetour, Cadillac,

Jaecoo, Jeep, Dodge, Honda, Opel, Citroen və Volvo markalarına da tətbiq edilir.

Ən yüksək təmir tarifləri isə Mazda üçün 960 rubl, Toyota üçün 980 rubl, BMW, Audi, Mercedes-Benz və Lexus üçün isə 1000 rubl müəyyən olunub.

Qeyd edilir ki, bu rəqəmlər Rusiya Mərkəzi Bankının qəbul etdiyi Bərpa təmiri xərclərinin müəyyənləşdirilməsi üzrə vahid metodika əsasında hesablanır. /Musavat.com

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
3
news.milli.az

10Mənbələr