AZ

“Bakı-Xankəndi Velosiped Yarışında 20 ölkədən 24 komanda mübarizə aparacaq”

Mayın 10-da start götürəcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edəcək.
Yenicag.az-ın məlumatına görə bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov mətbuat konfransında bildirib.
Qurum rəsmisi yarışın təşkilatçılığı ilə bağlı danışıb:
“Əvvəllər Azərbaycanda belə beynəlxalq yarışlar uğurla keçirilib. Sonradan müəyyən problemlər səbəbindən təəssüf ki dayandırılmışdı. Bu il yarışları bərpa etmək fürsəti tapdıq. İşğal altında olan torpaqları azad etdik. Qərara gəldik ki, yarışın coğrafiyasını genişləndirək və yarışı Bakıda başlayıb Xankəndidə bitirək. 5 mərhələdən ibarət yarış Azərbaycanın 21 şəhərindən keçir”.
S.Ələkbərov komandaların sayı ilə bağlı da məlumat verib:
“Yarışlarda maksimum icazə verilən komanda sayı 25-dir. Biz daha çox komanda istəyirdik. Məlum hadisələrlə əlaqədar bir sıra komandalar yarışa gəlməkdən imtina etdi və onları başqaları ilə əvəzlədik. Artıq 24 komanda sabahdan etibarən yarışa start verəcək”.
Qeyd edək ki, mayın 10-da start götürəcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edəcək. 5 gün davam edəcək yarışın əsas məqsədi Azərbaycanda velosiped idmanının inkişafına töhfə vermək, ölkəmizin beynəlxalq idman arenalarında nüfuzunu daha da artırmaq və regionun idman turizmi potensialını tanıtmaqdır.
Seçilən
2
1
yenicag.az

4Mənbələr