ain.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu ilin yanvar-mart aylarında ölkədə 587,3 min ton qazoyl (dizel yanacağı) istehsal edilib. Bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 6,2 faiz çoxdur.
XQ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Aprel ayının 1-nə hazır məhsul ehtiyatı 172,3 min ton təşkil edib.
Avtomobil benzininin istehsalında da artım qeydə alınıb. Bu ilin ilk rübündə istehsal göstəricisi 360,5 min ton olub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,3 faiz artım deməkdir.
Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.