AZ

Usta mərmər sexində FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

Qaradağ rayonunda 57 yaşlı kişi faciəli şəkildə ölüb.

Oxu.Az-ın məlumatına görə, hadisə mayın 8-də rayonun Lökbatan qəsəbəsində fəaliyyət göstərən mərmər sexində baş verib.

Sexdə qaldırıcı qurğuda olan mərmər məzar daşı qırılaraq orada usta işləyən Biləsuvar rayon sakini 1969-cu il təvəllüdlü Azər Babayevin üzərinə düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
14
1
editor.az

2Mənbələr