AZ

İran daxilində fikir ayrılığı: Danışıqlara kim mane olur?

İranda daxili mübarizə ABŞ ilə danışıqları çətinləşdirir.

“Cebheinfo.az” Qərb mediasına istinadən xəbər verir ki, İran hakimiyyətində ciddi fikir ayrılıqları yaranıb və bu, ABŞ ilə danışıqlar prosesində problemlər yaradıb.

Qeyd olunur ki, müharibənin davam etməsini dəstəkləyən fraksiyalarla razılaşma tərəfdarları Vaşinqtonla kompromisin qəbul edilib-edilməməsi məsələsində bir-biri ilə rəqabət aparır.

Bildirilib ki, İran Prezidenti Məsud Pezeşkian, xarici işlər naziri Abbas Əraqçı və parlament sədri Məhəmməd Baqiq Qalibaf razılaşma əldə etmək səylərinin mərkəzində olsalar da, istənilən razılaşmanın qəbul edilməsi və ya rədd edilməsi ilə bağlı əsas qərar sonda SEPAH komandanlarının əlindədir.

Hesab edilir ki, hazırda bir fraksiya güc zirvəsindədir və bu, SEPAH-dır.

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr