AZ

Roland Hofer: Yenidən Azərbaycanda olduğuma görə xoşbəxtəm

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 9 may, AZƏRTAC

Yenidən Azərbaycanda olduğuma görə xoşbəxtəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 10-14-də keçiriləcək Bakı-Xankəndi Azərbaycan Velosiped yarışının texniki direktoru Roland Hofer deyib.

O, Təşkilat Komitəsinə təşəkkürünü bildirib: "Onların zəhməti böyükdür. Müxtəlif ərazilərə səfər edərək, orada hazırlıq işlərini görüblər. Yarış dörd qitəni əhatə edir. Bu da gözəl haldır. Biz burada sprint və dağ velosipedinin mübarizəsini izləyəcəyik. Sabah yarışdan öncə komandaların təqdimat mərasimi olacaq. Qəzasız və maraqlı turnirin keçirilməsini arzulayıram”.

Qeyd edək ki, mayın 10-da start götürəcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edəcək. 5 gün davam edəcək yarışın əsas məqsədi Azərbaycanda velosiped idmanının inkişafına töhfə vermək, ölkəmizin beynəlxalq idman arenalarında nüfuzunu daha da artırmaq və regionun idman turizmi potensialını tanıtmaqdır.

Müxbir - Cavid Əliyev

Fotoqraf - Səfiyar Məcnun

Videoqraf - Namiq Abdullayev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
2
azertag.az

3Mənbələr