AZ

APL klublarının dövrə hazırlığı

ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Azərbaycan Premyer Liqası klubları mövsümün ikinci dövrəsinə hazırlıqlara yekun vurub.

“Qarabağ”, “Zirə”, “Turan Tovuz”, “Sumqayıt” Antalyada, “Neftçi” Əbu-Dabidə, digər 6 klub isə hazırlığını Bakıda və bölgələrdə keçirdi. Premyer Liqa təmsilçiləri arasında “Karvan-Yevlax” və “Turan Tovuz” bir oyunla kifayətləndi.

Qış toplanışının yoxlama oyunları matçlarındakı nəticələrə görə, ən yaxşı komandaları isə “Qarabağ” və “Qəbələ” oldu. Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” Frankfurt “Ayntraxt”ı ilə oyuna hazırlıq baxımından üç sınaq matçı keçirdi və hər birini qələbə ilə başa vurdu:

Qarabağ – Neftçi (Özbəkistan) 5:0

Qarabağ – Osiyek (Xorvatiya) 3:1

Qarabağ – Zaqlebie (Polşa) 3:1.

Digər uğurlu komanda “Qəbələ” də inamlı nəticələrlə yadda qaldı. Bölgə klubu Premyer Liqada mübarizə aparan “Kəpəz”ə, “Araz-Naxçıvan”a və I Liqada çıxış edən “Baku Sportinq”ə qalib gəldi:

Qəbələ – Baku Sportinq 7:1

Qəbələ – Kəpəz 3:1

Qəbələ – Araz-Naxçıvan 1:0.

Toplanış dövrünün ən uğursuzu kimi isə “Sumqayıt”ı qeyd etmək olar. Saşa İliçin rəhbərlik etdiyi kollektiv Antalyada keçirdiyi üç oyunda da məğlub tərəf oldu:

Sumqayıt – Pakş (Macarıstan) 1:5

Sumqayıt – Beoqrad (Serbiya) 1:4

Sumqayıt – Osiyek (Xorvatiya( 0:2).

Toplanış dönəmini qapalı keçirən komanda isə “İmişli”dir. Çempionatın debütantı hazırlıq dövründə istər komandadakı durum, istər yoxlama oyunları ilə bağlı gizli qalmağı seçdi.

Premyer Liqada çətin dönəmlər keçirən, baş məşqçi dəyişən “Neftçi” hazırlığını Birləşmiş Ərəb Əmirliklərində keçirdi. Burda üç sınaq oyununa çıxan “ağ-qaralar” toplanışı məğlubiyyətsiz başa vurdu:

Neftçi – Kayrat (Qazaxıstan) 3:0

Neftçi – Piramids (Misir) 1:1

Neftçi – Çenqdu Ronqçenq (Çin) 3:1.

“Araz-Naxçıvan”, “Kəpəz” toplanışını ölkə daxilində keçirdi. “Araz-Naxçıvan” 3, “Kəpəz” isə 2 sınaq matçına çıxdı. Yeni baş məşqçi Andrey Demçenkonun rəhbərliyi altında komanda üç görüşdə iki qələbə ilə yadda qaldı:

Araz-Naxçıvan – Araz-Naxçıvan-2 7:0

Araz-Naxçıvan – Qəbələ 0:1

Araz-Naxçıvan – Zaqatala 4:0.

Çempionatda yeni dövrəyə yanvarın 23-də start veriləcək. Açılış matçında “İmişli” Qubada “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
futbolpress.az

1Mənbələr