AZ

Sərnişin təyyarəsi uçuş zolağında gəzən şəxsi vurdu

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Los-Ancelesə getmək üçün havalanan "Frontier Airlines" təyyarəsi Denver Beynəlxalq Hava Limanında qalxış zamanı uçuş zolağında gəzdiyi bildirilən bir şəxsi vuraraq ölümünə səbəb olub.

"Cebheinfo.az" xəbər verir ki, "ABC News"un xəbərinə görə, həmin şəxsin mühərriklərdən birinin içinə qismən çəkildiyi təsdiqlənib.

Denver Beynəlxalq Hava Limanından verilən açıqlamaya görə, hadisə cümə günü yerli vaxtla saat 23:19 radələrində "Frontier" şirkətinin 4345 saylı reysi ilə uçan təyyarənin qalxış anında bir piyadanı vurduğunu bildirməsi ilə baş verib.

Təyyarədə 231 nəfər olub. Hadisə yanğınsöndürənlər tərəfindən söndürülən qısamüddətli mühərrik yanğınına səbəb olub.

Təyyarədə olanlardan isə azı bir sərnişinin yüngül yaralandığı bildirilir.

Təxliyədən sonra standart prosedura uyğun olaraq təyyarədəki bütün sərnişinlər tibbi müayinədən keçirilir.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
1
cebheinfo.az

2Mənbələr