AZ

ABŞ-də mal ətinin qiymətləri rekord səviyyəyə çatıb

ABŞ-də mal ətinin qiymətləri rekord səviyyəyə çatıb və bu səbəbdən ölkə idxalı artırır. Xüsusilə yağsız mal ətinə yüksək tələbat Avstraliyanın ixracını gücləndirib. Bu ilin ilk aylarında Avstraliya ABŞ-ə 146 min tondan çox mal əti göndərib ki, bu da ötən illə müqayisədə 13 faiz artım deməkdir.

“ABC News” xəbər verir ki, ABŞ-də mal ətinə maraq çox yüksəkdir və müxtəlif yaş qrupları bu məhsulu aktiv şəkildə istehlak edir. Lakin quraqlıq səbəbindən ölkədə mal-qara sayı azalır və bu da təchizatı məhdudlaşdırır. Nəticədə qiymətlər yüksəlməyə davam edir. Eyni zamanda, ABŞ-də yağsız mal əti çatışmazlığı var. Statistikaya görə, son dövrlərdə mal-qara kəsimi azalıb və fermalarda heyvanlar daha uzun müddət saxlanıldığı üçün daha az yağsız ət əldə olunur.

ABŞ bu il 600 min tondan çox mal əti idxal edib. İdxal əsasən Braziliya, Meksika və Avstraliyadan artır

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
47
azerbaijan-news.az

1Mənbələr