AZ

Neymar DÇ 2026 üçün heyətə daxil edilib

Qol.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Neymar DÇ-2026 üçün heyətə daxil edilib

"Santos"un futbolçusu Neymar Braziliya millisininDÇ-2026 üçün genişləndirilmiş heyətinə daxil edilib.

QOL.az xəbər verir ki, bu haqda "Globo" məlumat yayıb.

Neymar komandanın heyətində dəvət olunmuş 55 oyunçunun siyahısında yer alıb. Lakin 34 yaşlı hücumçunun turnirdə iştirakı hələ də sual altındadır. 26 nəfərlik yekun heyətə daxil olmaq üçün o, hazırlıq mərhələsində fiziki durumunun yaxşı olduğunu təsdiqləməlidir. Milli komandanın baş məşqçisi Karlo Ançelotti oyunçunun bərpa prrosesini və fiziki formasını izləyir. Lakin mütəxəssisin təyinatından bəri Neymarı rəsmi olaraq beynəlxalq oyunlara çağırmayıb.

Bildirilib ki, iilkin siyahıya daxil edilməsi Neymarın yekun heyətdə yer almasına zəmanət vermir. Onun Dünya Kubokunda iştirakı ilə bağlı qərar yaxın həftələrdə veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
qol.az

2Mənbələr